RU

Bəşər Əsəd milyon dollarları Moskvaya bu yolla qaçırıb

Bəşər Əsəd iki ildə Suriya xalqının vergilərindən və narkotik satışından toplanan 250 milyon dolları Moskvaya aparıb.

Demokrat.az
xəbər verir ki, vəsait Əsəd ailəsinin Rusiyaya dəbdəbəli investisiyalarını maliyyələşdirmək üçün istifadə edilib.

“Financial Times” qəzetinin yazdığına görə, Əsəd rejiminə verdiyi hərbi yardımlara görə Kremlin borcunu ödəmək üçün iki il ərzində Suriya xalqının vergilərinin böyük bir hissəsini gizli şəkildə Rusiyaya köçürüb.

Üstəlik, Əsəd ailəsinin üzvləri də dövlət pullarından istifadə edərək Rusiyaya böyük sərmayələr qoyublar. Rusiyada aldıqları mülklər və şirkətlərlə yanaşı Əsədin Moskvadakı pul sərvətləri də sənədlərlə sübuta yetirilib.

Əfsanə Kamal
Demokrat.az

Избранный
26
demokrat.az

1Источники