RU

Nkunku və Paqueta Premyer Liqanın ən ucuz oyunçuları oldu

"Çelsi" və "Vest Hem" klublarının oyunçuları Kristofer Nkunku və Lukas Paqueta "Transfermarkt" portalında yeni qiymət yeniləməsinə əsasən İngiltərə Premyer Liqasının ən ucuz oyunçuları olublar.

90deqiqe.Az xəbər verir ki hər iki futbolçu əvvəlki qiymətlərindən 15 milyon avro ucuzlaşıb. Üçüncü yerdə cari mövsümü Londonun “Arsenal” klubunda keçirmiş “Çelsi”nin digər futbolçusu Rahim Sterlinqdir. O, əvvəlki dəyərindən 13 milyon avro ucuzlaşıb.

Deklan Rays, Qabriel Jezus ("Arsenal"), Ceyms Meddison ("Tottenhem"), Bernardo Silva ("Mançester Siti"), Olli Uotkins ("Aston Villa") və Bruno Fernandes ("Mançester Yunayted") 10 milyon avro ucuzlaşıb.

Избранный
30
90deqiqe.az

1Источники