RU

Qurban Qurbanov: “Premyer Liqadan maraqlandığım oyunçular var”

Misli Premyer Liqasının XVII turunun "Qarabağ" - "Sumqayıt" matçından (5:0) sonra ağdamlıların baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçirilib.

"Öncə Vaqif Cavadova uğurlar arzulayıram. Onu burda görmək çox xoş oldu. Futbolçularımı təbrik edirəm. Çox vacib qələbə idi. Zədəlilərimiz çoxdur. Müdafiədə çatışmazlıqlarımız var idi. Bu gün Bədavi Hüseynov da əzələsində ağrı hiss etdi. İstəyirik ki, futbolçularımızı istirahətə sağlam buraxaq. Amma əfsuslar olsun ki, tam alınmır. Bu, məni bir az narahat edir. Xeyli rotasiyalar, yerdəyişmələr etdik. Səhvlərimiz yenə var. Eyni oyunçular eyni mövqe səhvləri edir. Bu da yorğunluqla bağlıdır. İlin sonudur, yəqin çoxu istirahət haqda düşünür. Azarkeşlərimizə təşəkkür edirəm. Bu soyuq havada bizimlə oldular".

- Toral Bayramov mərkəz müdafiəçisi mövqeyində necə təsir bağışladı? Ona yenə həmin mövqedə şans verəcəksiz?

- Oyun tərzinə baxanda hazırda müdafiəçilərin içində ən uyğunu Toraldır. Təki digərləri sağlam olsun və belə bir ehtiyacımız olmasın. Toralın hücum başlamaq qabiliyyəti var, onun ötürmələri daha dəqiqdir. Lazım olduqda onu orada istifadə edə bilərik.

- Qışda mərkəz müdafiəçisi transferi gözlənilir?

- Hər mövqe üçün axtarışlar gedir. Mərkəz müdafiəçisi mövqeyi üçün ciddi axtarışdayıq.

- Daxili çempionatda bəyəndiyiniz futbolçular var?

- Maraqlandığım futbolçular var.

Millimizin üzvü: "Albaniya çempionatı çox ağırdır" - Müsahibə

"Şamaxı" - "Qarabağ" qarşılaşmasının təyinatları açıqlanıb

Cavid İmamverdiyev mükafatlandırılıb

Millimizin üzvü: "İsveçlə oyunda məsuliyyətimizi dərk edirik"

PFL və "YAŞAT" fondu şəhid övladları üçün layihə həyata keçirib

Избранный
9
7
apasport.az

10Источники