RU

Tramp Rusiya-Ukrayna müharibəsinin bitmə tarixini açıqlayıb

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp andiçmə mərasimindən əvvəl Ukraynada sülhün bərqərar olmasına çalışacağını bildirib.
 

Sfera.az xarici KİV-əs istinadən xəbər verir ki, bu barədə o, Mar-a-Laqodakı iqamətgahında çıxışı zamanı bildirib.
 

"Mən bunu etməyə çalışacağam", - deyə Tramp suala cavab verib.
 

Tramp həmçinin iddia edir ki, Kiyevdən Rusiya ilə münaqişənin həllinə nail olmaq istəyi ilə bağlı siqnallar alıb. Prezident qeyd edib ki, o, Ukraynadakı münaqişənin dayandırılması üçün fəal işləyir və artıq “az irəliləyiş” əldə olunduğunu qeyd edib. Onun fikrincə, hərbi münaqişədən sonra Ukrayna şəhərlərinin bərpası 100 il çəkəcək və ölkə artıq əvvəlki kimi olmayacaq. O, həmçinin Moskva ilə Kiyev arasında birbaşa qarşıdurmaya imkan verməyəcəyini bir daha təkrar edib.
 

Daha əvvəl Tramp demişdi ki, Baydenin Rusiyaya dərin zərbə endirmək qərarına yenidən baxa bilər.

İnci
 

Избранный
22
sfera.az

1Источники