RU

Antimilli ünsürlərin arxasında qrant mərkəzlərinin kölgəsi görünür

“Sosial media kütlə psixologiyasını idarə etməyin ən rahat yoludur”, deyə düşünən bəzi məkrli qüvvələr, anti-Azərbaycan dairələr öz yalan və saxta məlumatları ilə cəmiyyəti çasdırmaq, respublikamızın beynəlxalq imicinə, eləcə də milli maraqlarına zərbə vurmaq məqsədilə çirkli pulları ilə bəslədikləri antimilli qüvvələrdən daha çox istifadə edirlər. Başda AXCP sədri Əli Kərimli olmaqla ölkədəki radikal müxalifət təmsilçiləri və xaricdəki məlum “siyasi mühacir” qaragüruhu sosial medianın informasiya məkanındakı üstünlüklərindən istifadə edərək internet tv-lərdə, “YouTube”da, “Facebook”da və s. ölkəmizə qarşı apardıqları qarayaxma kampaniyasının rəngini daha da tündləşdiriblər.

Siyasi mədəniyyətdə əsas rollardan birini də siyasi leksikon oynayır. Ə.Kərimlinin və onun tör-töküntülərinin-Qənimət Zahidin, Seymur Həzinin, İlham Hüseynin, Fuad Qəhrəmanlının qırx dörd günlük Vətən müharibəsindən sonrakı zaman kəsiyində siyasi leksikonuna diqqət edəndə oradakı aqressiv ritorikanın təməlində anti-Azərbaycan dairələrin tezislərinin dayandığının şahidi oluruq. Burada əsas məqam ondan ibarətdir ki, radikal müxalifətin Ə.Kərimli kimi “başbilənlərinin” öz fəaliyyətlərində şübhəli məqamları gizlədə bilməyərək tamamilə açıq şəkildə, sosial şəbəkələrdəki şıxışlarında, necə deyərlər, monoloqlarında cəmiyyətə meydan oxuyacaq bir formada nümayiş etdirmələri xəyanətkarlığın, mənəvi-əxlaqi deqredasiyanın, əxlaqsızlığın və həyasızlığın pik nöqtəsinə çatması ictimaiyyətin bütün təbəqələrinin kəskin etirazı ilə qarşılanır. Xüsusilə Ə.Kərimlinin bu günlərdə “Azərbaycan saatı” internet tv-dəki çıxışı ikrah hissi ilə qarşılandı. AXCP sədri orada deyir ki, Azərbaycan beynəlxalq təşkilatlar qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməlidir. Bəs, nədən Ə.Kərimli unudur ki, həmin beynəlxalq təşkilatlar üzərlərinə götürdükləri öhdəliklərə əməl etmirlər?

Düz 30 ildir ki, ölkəmizdə “müxalifətin diktaturasını” yaradan, qərəzli xarici dairələrin sifarişi ilə sosial şəbəkələr vasitəsilə cəmiyyətdə xaos və antoqonist münasibətlər yaratmaq üçün dəridən-qabıqdan çıxan AXCP sədri Əli Kərimlinin “insan haqları” “siyasi məhbus” məsələləri ilə bağlı manipulyasiyaları Q.Zahidin cənfəşanlığının qaranlıq qalan tərəflərinə işıq saldı. Bu məxluqların xislətinə və məlum düşərgədə uzun illərdən bəri baş verənlərə yaxşı bələd olan açqıgözlü adamlara o dəqiqə aydın oldu ki, deyəsən ortada yenə ermənipərəst dairələrin nüfuz dairəsində olan təşkilatların ayırdığı külli miqdarda çirkli pullar “qrant” adı ilə dövriyyəyə buraxılıb. Ə.Kərimli-Q.Zahid cütlüyü də ac canavarlar qanın qoxsunu aldığı kimi, bu “qrantlar”ı ələ keçirməyə susayıblar. Ona görə də bu manqurtlaşmış məxluqlar nə yolla olursa-olsun, bütün müqəddəs dəyərləri ayaqlar altına ataraq Vətəni, xalqı satmaq, şər-böhtan yağdırmaq bahasına olsa da o dollarları, avroları ələ keçirmək üçün bir araya gələrək Azərbaycan dövlətinə, dövlətçiliyinə savaş açan xaicdəki ağalarının dəstəyi ilə deyəsən, yeni antimlli layihəni ortalığa atıblar.

Yəqin ki, bütün bunlar acı sonluqla nəticələnəcək. Tezliklə bu ünsürlərin çirkli qrant pulları üstündə yeni davasına şahidlik edəcəyik. Axı əvvəllər də belə şeylərin şahidi olmuşuq. Bir neçə il bundan əvvəl AXCP sədri Əli Kərimli ilə “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahid arasında münasibətlər 175 min avro qrant üzündən düşmənçilik səviyyəsinə çatmışdı. Çünki Corc Sorosa bağlı donor təşkilatlardan birinin layihə çərçivəsində “Azadlıq” qəzetinə ayırdığı pulun müəyyən hissəsini Q. Zahid “şefi” Ə.Kərimliyə çatdırmamışdı. Əsl dava da bundan sonra başlamışdı. O zaman Ə.Kərimlinin nümayəndəsi, “Azadlıq” qəzetinin baş redaktorunun birinci müavini Rahim Hacıyevlə Qənimət Zahid Fransada pul üstündə əlbəyaxa olmuşdular. Yalnız fransız polisinin müdaxiləsindən sonra tərəflər arasındakı, necə deyərlər, “qaydasız döyüş”ü dayandırmaq mümkün olmuşdu.

Əslində başda dağıdıcı müxalifət düşərgəsindəki siyasi diletantlar-AXCP sədri Əli Kərimli, “Milli Şura” adlı amorf qurumun Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli kimilərlə “siyasi mühacir” adı ilə ABŞ-da və Avropada məskunlaşan Tural Sadıqlı, Sevinc Osmanqızı, Beydulla Manafov, Qənimət Zahid və digər autsayderlər arasındakı qrant davası, bir az da obrazlı desək, həlli çox müşkül olan bir məsələ olaraq qalmaqdadır.

Təbii ki, bütün bunların dərin kökləri var. Əvvəllər də anti-Azərbaycan dairələrin sifarişlərini yerinə yetirən radikal müxalif düşərgəsində, eləcə də “siyasi mühacir” adı ilə ayrı-ayrı Qərb ölkələrində sığınacaq tapan xəyanətkar dəstələrin arasında kəskin ziddiyyət və qarşıdurmanın pik həddinə çatması haqqında yazmışdıq.

Zahid Rza, “İki sahil”

Избранный
35
ikisahil.az

1Источники