ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Suriyada Bəşər Əsəd hökumətinin devrilməsinin arxasında Türkiyənin dayandığını bildirib.
Qaziler.az bu barədə TASS-a istinadla bildirir.
Onun sözlərinə görə, Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan ağıllı insandır və o, bunu çoxdan istəyirdi.
Suriyada yeni hökumətin qarşı tərəfini kimin dəstəklədiyini heç kim bilmir, amma mən bilirəm. Bu Türkiyədir. Aydındır? Bunun arxasında Türkiyə dayanır. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan çox ağıllı insandır”, - Tramp bildirib.
QAZİLER.AZ