RU

“BMW” idxalçısı “İmprotex Motors” gömrük qaydalarını pozur

“BMW” avtomobillərinin rəsmi idxalçısı olan “İmprotex Motors” MMC ilə bağlı növbəti dəfə cərimə protokolu tərtib edilib.

Tribunainfo.az xəbər verir ki, MMC İnzibati Xətalar Məcəlləsinin gömrük qaydaları əleyhinə olan 485.2-ci maddəsini pozub. Tələbi pozulan maddəyə əsasən, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə, vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.
“İmprotex Motors”la bağlı iş baxılması üçün Nəsimi rayon Məhkəməsinə göndərilib. 25 dekabr tarixində hakim Elməddin Hüseynovun sədrliyi ilə işə baxılacaq.
Qeyd edək ki, cərimə edilməsi gözlənilən “İmprotex Motors” şirkətinin baş direktoru Bayram Yaqubovdur.
Qarşı tərəfi dinləməyə hazırıq.
Избранный
20
1
yenilik.az

2Источники