RU

ABŞ sanksiyalarının İran-Çin əlaqələrinə təsiri - "Bloomberg"

"Vortexa Ltd" şirkətinə görə, İranın Çinə xam neft ixracı ABŞ-ın tankerlərə tətbiq etdiyi geniş sanksiyalar səbəbindən dayanma nöqtəsinə çatıb.  

Valyuta.Az xəbər verir ki, "Vortexa"nın baş bazar analitiki Emma Lin (Emma Li) qeyd edib ki, oktyabr ayında bəzi yüklərin gecikməsindən sonra noyabr ayında da bəzi çatdırılmalar həyata keçirilə bilməyib.  

Məlumata əsasən, İranın ən azı 191 iri xam neft daşıyıcısı ABŞ-ın sanksiya siyahısına daxil edilib.  

Lin bildirib: “ABŞ-ın son tanker sanksiyaları Şandun limanlarına gedən İran gəmilərinin fəaliyyətini ləngidib, çünki Çinli alıcılar getdikcə daha çox tələblə yüklərin sanksiya tətbiq olunmayan gəmilərlə çatdırılmasını istəyir”.  

Xam neft tədarükündəki fasilə nəticəsində əlavə idxal kvotaları əldə etmiş bəzi müstəqil Çin neftayırma zavodları ayrılan hədləri tam istifadə etməkdə çətinlik çəkir.

Rəhim

Избранный
51
valyuta.az

1Источники