RU

“Şəhid Əmanətləri: Bizim Qürur Yerimiz” adlı tədbir keçirildi - FOTOLAR

15 dekabr 2024-cü il tarixində Güvən Dayə Xidməti təşkilatçılığı və Libraff kitab mağazalarının ev sahibliyi ilə “Şəhid Əmanətləri: Bizim Qürur Yerimiz” adlı mənalı tədbir keçirildi. Tədbirin əsas məqsədi şəhid ailələrinə mənəvi dəstək olmaq, şəhid övladlarının sosial inkişafına təkan vermək və analara psixoloji dəstək göstərmək idi.

QHT.az xəbər verir ki, tədbir çərçivəsində şəhid övladları üçün müxtəlif sahələrdə masterclass təşkil edildi, analar isə psixoloq, pedaqoq və həkimlərlə keçirilən seminarlardan faydalandılar. Tədbirin sonunda şəhid ailələrinə və uşaqlarına hədiyyələr təqdim edildi. Tədbirdə “Vətənim Azərbaycandır.az” saytının rəhbəri Kamran Orucov, Şəhid Ailələrinə Yardım və Hüquqlarının Müdafiəsi İctimai Birliyinin Nəzarət Təftiş Komissiyasının sədri Niyaməddin İbrahimov və digər ictimai birliklərin nümayəndələri iştirak edərək bu təşəbbüsün vacibliyini vurğuladılar.

Bu təşəbbüsün həyata keçirilməsində Güvən Dayə Xidməti ilə yanaşı, Azərbaycan Qızıl Aypara Cəmiyyəti, Asfarma, Seni, Bella, Vertera, Telan Tədris Nitq İnkişaf Mərkəzi, Mehinparfum, Afaq xalanın nağılları və digər təşkilatlar böyük dəstək göstərmişlər. Bu cür tədbirlər cəmiyyətimizdə birlik və həmrəyliyin, eləcə də şəhid ailələrinə olan ehtiramın dəyərli nümunəsidir. Təşkilati dəstəyə görə bütün qurumlara və təşkilatçılara dərin təşəkkür bildirilir.

Избранный
21
qht.az

1Источники