RU

Rassell Martin Premyer Liqa klubundan qovuldu

Futbol üzrə İngiltərə Premyer Liqasında mübarizə aparan “Sauthempton” klubunda baş məşqçi Rassell Martin istefaya göndərilib.

Arena.az xəbər verir ki, uğursuz mövsüm keçirən komanda dünən öz meydanında “Tottenhem”ə 0:5 hesabı ilə uduzub.

Darmadağın klub rəhbərliyinin səbrini daşıran son damla olub. Nəticədə Rassel Martinlə müqaviləyə xitam verilib. Baş məşqçi ilə yanaşı, onun köməkçiləri də işlərindən azad olunublar. Klub yeni baş məşqçi təyin olunana qədər əsas komandaya əvəzediciləri çalışdıran Saymon Raskın rəhbərlik edəcəyini açıqlayıb.

Xatırladaq ki, Rassel Martin 2023-cü ilin iyul ayında bu komandaya baş məşqçi təyin olunmuşdu. Daha öncə “Dons” və “Suonsi Siti”nin hərəsində 2 il baş məşqçi işləmiş 38 yaşlı şotland mütəxəssis ilk dəfə Premyer Liqada çalışırdı. “Sauthempton” gənc məşqinin rəhbərliyi altında bütövlükdə 73 oyuna çıxıb. Komanda bu görüşlərdə 34 qələbə qazanıb, 13 heç-heçə edib, 26 məğlubiyyətə üzülüb. Martinin komandasının top fərqi isə belədir – 126:118.

16 turdan sonra 5 xalla 20-ci pillədə qərarlaşmış “Sauthempton” Premyer Liqanı tərk etməyə əsas namizəddir. Klub rəhbərliyi komandanı bu vəziyyətdən çıxaracaq məşqçi axtarışındadır. Qış fasiləsinə kimi yeni təyinat edilməli, eyni zamanda komandanın gücləndirilməsi üçün büdcə artırılmalıdır.

Qeyd edək ki, “Sauthempton” Premyer Liqanın cari mövsümündə keçirdiyi 16 oyunda cəmi 1 qələbə qazanıb. 2 oyunda da heç-heçə etmiş komanda 13 görüşdən məğlubiyyətlə ayrılıb.

İngiltərə Premyer Liqasına 15 oyuna 36 xal toplamış “Liverpul” liderlik edir.

Избранный
12
arena.az

1Источники