RU

Rusiya XİN: Suriyanın gələcəyini suriyalıların özlərinin müəyyən etməsi vacibdir

Rusiya üçün Suriyanın gələcəyini suriyalıların özlərinin müəyyən etməsi vacibdir...

İki ölkə xalqları arasında münasibətlər bundan sonra da konstruktiv şəkildə inkişaf edəcək.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.

"Əminik ki, ölkələrimizin xalqları arasında əvvəlki onilliklər ərzində formalaşmış dostluq və qarşılıqlı hörmət münasibətləri bundan sonra da konstruktiv şəkildə inkişaf edəcək. Biz öz tərəfimizdən hesab edirik ki, Suriya Ərəb Respublikasında vəziyyətin davamlı normallaşmasına gedən yol milli harmoniyaya nail olmaq və əsas prinsiplərə uyğun olaraq hərtərəfli siyasi nizamlanma prosesini təşviq etmək məqsədi daşıyan inklüziv suriyalılararası dialoqun başlanmasından keçir. Hansı ki, bu, BMT Təhlükəsizlik Şurasının 2254 saylı qətnaməsində müəyyən edilib. Moskva ümid edir ki, Dəməşq dini mənsubiyyətindən asılı olmayaraq öz vətəndaşları üçün vətən olaraq qalacaq", - deyə Rusiya XİN-nin bəyanatında qeyd olunub.

Poliqon.info

Избранный
23
2
poliqon.info

3Источники