RU

Psixi sağlamlıq problemləri qlobal iqtisadiyyata 1 trilyon dollar ziyan vurub - ARAŞDIRMA

Dünyada insanların psixi sağlamlığının pisləşməsi müşahidə olunur.
 

Sfera.az Financial Times-a istinadən xəbər verir ki, analitiklərin bildirdiyinə görə, problem artıq pandemiya həddinə çatıb.
 

ÜST və Beynəlxalq Əmək Təşkilatının ekspertləri hesab edirlər ki, psixi problemlər səbəbindən hər il 12 milyard iş günü itirilir və qlobal iqtisadiyyata dəyən ziyan artıq 1 trilyon dollara çatıb. Bununla belə, bu tendensiya COVID-19 pandemiyasından sonra daha da pisləşib, bunun nəticəsində 2020-2021-ci illərdə dünyada depressiyadan əziyyət çəkən insanların sayı 25% artıb.
 

Qeyd olunur ki, psixi sağlamlıq problemi xüsusilə maliyyə və sığorta sahəsində çalışanlar arasında kəskin şəkildə özünü göstərir.
 

Analitiklər təklif edir ki, şirkətlər mövcud vəziyyəti həll etmək üçün işçilərin psixi vəziyyəti ilə daha çox maraqlansın və onun dəstəyinə sərmayə qoysunlar.


İnci

Избранный
26
sfera.az

1Источники