RU

Tovuzda sakinlər məktəbin qəzalı vəziyyətindən narahatdırlar

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Tovuzun Qədirli kənd tam orta məktəbinin binası qəzalı vəziyyətdədir.
Oxu.Az Xezerxeber.az-a istinadən məlumat verir ki, məktəbin pəncərələri sınıb, tavanı və divarlarında çatlar var. Döşəmələri isə oyuq-oyuqdur.
Sakinlər deyirlər ki, bina ötən əsrin 90-cı illərində tikilib istifadəyə verilib. Valideynlər məktəbdəki tədrisdən razı olsalar da, övladlarının şəraitsiz siniflərdə təhsil almaları ilə razılaşa bilmirlər.
Məktəb rayonun böyüktutumlu təhsil ocaqlarından biridir. 780 şagirdlik yeri olsa da, burada 400-dən çox şagird təhsil alır. Havalar soyuyanda məktəbdə vəziyyət şagirdlər üçün daha da çətinləşir.
Məsələ ilə bağlı Qazax-Tovuz Regional Təhsil İdarəsindən bildirilib ki, Cavanşir Sadıqov adına Qədirli kənd tam orta məktəbinin mövcud vəziyyəti ilə bağlı məlumatlıdırlar.
Ətraflı süjetdə:
Избранный
33
5
oxu.az

6Источники