RU

Macarıstan Ukrayna ilə bağlı bu ideyanı rədd edir - Siyarto

“Macarıstan hakimiyyəti Aİ ölkələrindən Ukraynaya hər hansı bir məqsədlə əsgər göndərilməsi ideyasını rədd edir”.

Qaziler.az “Gazeta.ru”ya istinadla bildirir ki, bu fikirləri Macarıstanın xarici işlər naziri Peter Siyarto brifinqdə bildirib. Diplomatın mətbuat konfransı onun “Facebook” sosial şəbəkəsindəki səhifəsində yayımlanıb.

"Ümumiyyətlə, biz eskalasiya nöqteyi-nəzərindən Aİ ordusunun Ukraynaya hər hansı məqsədlə - istər hazırlıq, istər koordinasiya, istərsə də islahat üçün göndərilməsini son dərəcə riskli hesab edirik", - Siyarto bildirib.

Həmçinin macar nazir bildirib ki, dekabrın 15-də Macarıstanın baş naziri Viktor Orban Ukrayna prezidenti Volodimir Zelenski ilə telefonla danışmaq istəyib, lakin Kiyev müvafiq xahişdən sonra Budapeşti rədd edib.

QAZİLER.AZ

Избранный
57
qaziler.az

1Источники