RU

İtaliya Ukraynaya 10-cu hərbi yardım paketini təsdiqləyib

İtaliya hökuməti Ukraynaya 10-cu hərbi yardım paketini təsdiqləyib.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Quido Krosetto deyib.

O, təfərrüatlar barədə danışmayıb.

Qeyd olunub ki, paketə hansı silah-sursatların daxil olduğu dekabrın 18-də açıqlanacaq.

Bundan əvvəl ANSA agentliyi xəbər verib ki, İtaliya Ukraynaya iki ədəd “Samp-T” hava hücumundan müdafiə sistemi verib.

Избранный
7
2
report.az

3Источники