RU

Müharibə sərhədimizə yaxınlaşır – Qonşu ölkəyə hücum: Qafqazı qarışdırmaq cəhdi

Ukrayna son günlər Çeçenistandakı hərbi obyektləri hədəf seçib. Belə ki, Kiyev bir həftə ərzində artıq ikinci dəfə Qroznı şəhərinə PUA hücumu həyata keçirib.

Bunun səbəbi nədir? Çeçenistan Ukraynanın hədəfinə niyə gəlib? Bu hücumlar Qafqaza nə vəd edir?

Globalinfo.az-a danışan siyasi şərhçi Əli Mustafayev deyib ki, Ukraynanın Çeçenistanı hədəf alması təsadüfi deyil:

“Həmin PUA-lar yüksək səviyyədə vahid mərkəzdən idarə olunur. Ukrayna üçün hansı bölgələrdə həyati əhəmiyyətli hədəflər varsa, oraya hücum həyata keçirilir. Buna hərbi hədəflər, enerji, silah anbarları daxildir. Çeçenistan rəhbəri Ramzan Kadırov Rusiya Prezidenti Vladimir Putinin ən yaxın dostudur. Hər zaman Rusiyaya yardım etməyə, 84 minlik ordusunu ön cəbhəyə göndərməyə hazır olduğunu dəfələrlə bildirib. PUA hücumları da hərbi obyektləri hədəfə alır. Bütün hallarda məqsəd Rusiyanı zəiflətməkdir. Kremldə psixoloji narahatlıq yaratmaq, müharibədən çəkindirmək məqsədi də daşıya bilər.

eli

Əli Mustafayev

Bunun vasitəsilə cəmiyyətdə müharibəyə qarşı narazılıq yaranır. Ukraynanın işğal altında olmasını rus xalqı da doğru saymaya, müharibənin dayandırılmasını tələb edə bilər. Ukrayna hazırda həmin ərazilərdən təhlükənin gəldiyini sezir və ona görə ardıcıl hücumlar baş verir.

Digər ehtimal isə Qafqazda iğtişaşların yaradılmasıdır. Onsuz da bu ərazi kifayət qədər həssasdır və burada gərginliyin mövcudluğunda maraqlı olan ölkələr var”.

Politoloq vurğulayıb ki, müharibənin sərhədimizə yaxınlaşması narahatlıq yaradır:

“Gürcüstanın timsalında Cənubi Qafqazda hazırda gərginlik yaşanır. Bir də Çeçenistan üzərindən Şimalı Qafqazı qarışdırmaq cəhdləri intensivləşir. Əli Mustafayevin də dediyi kimi, zatən bölgə kifayət qədər həssasdır. Barıt çəlləyinə bənzəyir. Bir qığılcım böyük partlayış törədər. Bu səbəbdən Bakının gedişatdan narahatlıq keçirməsi mümkündür. Şimali Qafqazda hadisələr nəzarətdən çıxarsa, bölgədə yaşayan azərbaycanlıların da həyatı risk altına düşər”.

Избранный
35
turkustan.az

1Источники