Bakı. Trend:
Dekabrın 16-da ölkə ərazisində qeydə alınan 23, əvvəlkidövrlərdən bağlı qalan 5 cinayətin açılması polis əməkdaşlarıtərəfindən təmin olunub.
DİN-in Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, axtarışda olduğuna görəümumilikdə 89, o cümlədən borclu şəxs qismində axtarışda olan 68nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Bundan əlavə, narkotiklərlə əlaqəli 5, qanunsuz saxlanılansilah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 12 faktmüəyyən edilib.
Eyni zamanda, cinayət törətməkdə şübhəli bilinən 19 nəfərsaxlanılıb.