RU

"Acıbadem": Tibb sahəsində nailiyyətlər və yeniliklər

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Acıbadem" klinikalar şəbəkəsi, Türkiyədə və onun hüdudlarından kənarda aparıcı tibb xidmətləri təminatçısı kimi mövqeyini möhkəmləndirməyə davam edir. Hazırda şəbəkə 5 ölkədə 24 klinika və 15 tibb mərkəzini əhatə edir, dünyanın müxtəlif ölkələrindən olan xəstələrə fasiləsiz xidmət göstərir.
Klinikalar şəbəkəsinin və əlaqə nöqtələrinin genişləndirilməsi
"Acıbadem" beynəlxalq bazardakı mövcudluğunu genişləndirərək 29 ölkə və 53 şəhərdə 58 nümayəndəlik açıb. Başqa ölkələrdən olan xəstələr məlumat əldə etmək və "Acıbadem" klinikalar şəbəkəsində müalicə olunmaq istəyirlərsə, nümayəndəlik ofislərinə müraciət edə bilərlər.
Texnologiya və innovasiyalara investisiyalar
"Acıbadem" kadr hazırlığına və müasir texnologiyaların tətbiqinə sərmayə qoyaraq xəstələrin uğurlu müalicəsini təmin edir. 3000-dən çox həkim və 5000-dən çox tibb bacısından ibarət komanda öz ətrafına yalnız peşəkarları toplayıb. "Acıbadem" klinikalar şəbəkəsi xüsusilə onkologiya, nevrologiya və neyrocərrahiyyə, orqan və sümük iliyi transplantasiyası, kardiologiya, pediatriya, IVF mayalandırma, onurğa cərrahiyyəsi və idman təbabəti sahələrində əla nəticələrə sahib olan A sinif mükəmməllik mərkəzləri ilə məşhurdur.
"Acıbadem" Türkiyə və regionda ilk dəfə "CAR T" hüceyrə terapiyasını tətbiq edib. Bu innovativ müalicə üsulu, şişlərə hücum etmək üçün immun hüceyrələrdən istifadə edərək xərçəngin müalicəsində yeni bir dövrün təməlini qoyub.
"Acıbadem" klinikaları ən müasir texnoloji avadanlıqlardan istifadə etməklə xərçəng müalicəsində liderdir. Klinikaların xəstələri qeyri-invaziv radio-cərrahiyyə üçün "CyberKnife" (Kiber-bıçaq), beyin şişləri və zədələrinin müalicəsi üçün "Gamma Knife ICON" (Qamma-bıçaq), xətti sürətləndirici ilə maqnit-rezonans tomoqrafiyasını (MRT) birləşdirən MR Linac və süni intellekt (AI) ilə təchiz olunmuş "Ethos" kimi ən yeni şüa terapiyası cihazlarına çıxış əldə edirlər.
"Acıbadem" xəstələrinin sağlamlığını, diaqnozunun dəqiqliyini və müalicə effektivliyini artırmaq üçün müasir texnologiyalara sərmayə yatırmağa davam edir.
Gələcək nəsillərin tibb sahəsində təhsili
"Acıbadem" Türkiyədə ilk olaraq ali təhsil müəssisələrini öz ekosisteminə daxil edərək, tibbi xidmətlərlə təmin edən tibb mərkəzlərindən biridir. 2007-ci ildə "Acıbadem Sağlamlıq və Təhsil Fondu" tərəfindən qeyri-kommersiya təşkilatı olaraq qurulan "Acıbadem Mehmet Ali Aydınlar Universiteti" bu gün tibb, əczaçılıq və sağlamlıq elmləri sahələrində yeni nəsil peşəkarlar yetişdirir. Burada Klinik Simulyasiya Təhsili (CASE) obyekti, tədqiqat laboratoriyaları və nou-hau qabaqcıl bacarıqlarını inkişaf etdirmək üçün nəzərdə tutulmuş biodizayn mərkəzi var. 733 işçisi, 5596 tələbəsi, bakalavr, magistr və kiçik mütəxəssis proqramı üzrə 8675 məzunu olan "Acıbadem Universiteti" dünyanın hər yerindən tələbələri cəlb edir. 2022-2023-cü tədris ilində 5 fakültədən 280 əcnəbi tələbə təhsil almaq üçün təhsil müəssisəsini seçib.
Xəstələrə xidmət və həyata toxunuş
5 qitədən və 96 ölkədən 50 000-dən çox beynəlxalq xəstə müalicə üçün "Acıbadem"i seçib. Estetik tibdən mürəkkəb müalicə prosedurlarına, minimal invaziv və robotik cərrahiyyəyə qədər müxtəlif xidmətlər təklif olunur. Ən yaxşı mütəxəssislərdən ibarət komandalar hər kəsi salamlayır.
"Acıbadem" Bakı nümayəndəliyi : Səməd Vurğun küçəsi, 36, telefon: (+994 12) 595-96-81
"Acıbadem" Gəncə nümayəndəliyi: Məmməd Xəlilov küçəsi, 4-cü mkr, mənzil 15, telefon: (+994 22) 255-07-06
Siz həmçinin internet saytı və ya klinikanın rəsmi nümayəndəliyi vasitəsilə sorğu göndərməklə "Acıbadem" şəbəkəsinin aparıcı həkimlərindən pulsuz ikinci tibbi rəy ala bilərsiniz.
Избранный
30
50
oxu.az

10Источники