RU

Gürcüstanda iki prezident var, köhnə təzəni qəbul etmir

Gürcüstanın hazırda bir-birini bəyənməyən, tənqid edən iki prezidenti var.

Dekabrın 14-də hakim partiya keçmiş futbolçu Mixeil Kavelaşvilini yeni prezident seçib, amma hazırkı prezident və müxalifət onu qəbul etmir.

Keçmiş "Mançester Siti" futbolçusu hakimiyyətdəki Gürcü Arzusu tərəfindən seçilib və müxalifət onu ali təhsili olmadığına görə lağa qoyur.

Azərbaycan və Serbiya prezidentləri, Ermənistanın baş naziri Kavelaşvilini prezident seçilməsi münasibətilə təbrik ediblər.

Prezident İlham Əliyev ona təbrikində regionda sabitliyin və iqtisadi inkişafın təmin edilməsi üçün Gürcüstanla strateji tərəfdaşlığın daha da genişləndirilməsinə ümidvar olduğunu bildirib.

Paytaxt Tbilisidə və bölgəlrədə 17 gündür davam edən etirazlar ölkənin Avropa İttifaqına üzvlüyünü bloklayan hakimiyyəti tənqid edir, son seçkilərin nəticələrin tanımır.

Yeni seçilən prezident isə Avropa İttifaqı və Qərbi tənqid etməsiylə tanınır.

Videoya YouTube kanalımızda baxın.

Избранный
24
bbc.com

1Источники