RU

Doktorantlar üçün “Dissertasiyanın dili və üslubun xüsusiyyətləri” adlı seminar keçirilib

Elmi-pedaqoji kadrların hazırlanması şöbəsinin təşkilatçılığı ilə 2024-cü ildə ARTİ-nin fəlsəfə və elmlər doktoru proqramları üzrə doktoranturasına qəbul olmuş şəxslər üçün növbəti seminar keçirilib.

Seminarı giriş sözü ilə açıq elan edən ARTİ-nin Elmi-pedaqoji kadrların hazırlanması şöbəsinin müdiri, professor Hümeyir Əhmədov müntəzəm olaraq hər ay keçirilən seminarların mahiyyətini vurğulayıb.

Daha sonra institutun Elmi-pedaqoji tədqiqatlar mərkəzinin böyük elmi məsləhətçisi, dosent Asif Hacıyev mövzu ilə bağlı məruzə edərək təqdimatla çıxış edib və sualları cavablandırıb.

Qeyd edək ki, Təhsil İnstitutu hər ay öz sahəsində peşəkar olan tədqiqatçı və mütəxəssislərin iştirakı ilə doktorant və dissertantlar üçün müxtəlif mövzularda seminarlar təşkil edir.

Избранный
53
tehsil.biz

1Источники