RU

Dəniz Əsədova hakim qarşısında

Əvvəllər dəfələrlə məhkum olunmuş müğənni Dəniz Əsədova daha bir cinayət  işi üzrə də yenidən təqsirləndirilən şəxs olub.

“Yeni Sabah” xəbər verir ki, Binəqədi rayon məhkəməsində keçirilən məhkəmə prosesi zamanı Dəniz Əsədova barəsində daha bir vətəndaş tərəfindən onu sosial şəbəkələrdə təhqir etməsinə və böhtan atmasına görə verilmiş xüsusi ittiham şikayətinə baxılıb. 

Verilən qərar ilə daha bir xüsusi ittiham şikayəti icraata götürülüb və məhkəmə baxışı təyin edilib. Bununla Dəniz Əsədova yenidən təqsirləndirilən şəxs statusu alıb. 

Xatırladaq ki, daha əvvəl də vəkil Asim Abbasov tərəfindən Dəniz Əsədova barəsində verilən xüsusi ittiham şikayəti də icraata qəbul edilmişdi.

Müğənni əvvəllər analoji maddələr və dələduzluq (CM 178) maddəsi ilə məhkum olunub.

 


Telegram kanalımız
Избранный
24
1
yenisabah.az

2Источники