RU

Ağ EV: "İsrailin Suriyadakı varlığı müvəqqətidir, Türkiyə ilə isə..."

"ABŞ-ın Suriyada PKK/YPG-yə verdiyi dəstək Türkiyə ilə aramızda olan əsas fikir ayrılıqlarından biridir".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sölzəri ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller gündəlik mətbuat brifinqində AA (Anadolu Agentliyi) müxbirinin sualına cavabda deyib.

O bildirib ki, hazırda Suriyada həssas keçid prosesi gedir: "Bu məsələ son dərəcə həssas və çox çətin bir məsələdir. Türk həmkarlarımızla oradakı vəziyyətlə bağlı davamlı müzakirə içindəyik. Bu mövzu (PKK/YPG-ni nəzərdə tutur - Mia.az) danışıqların əsas hissəsidir. Türkiyənin PKK-ya qarşı mübarizəsini anlayır və qəbul edirk. ABŞ-ın da terror təşkilatı olaraq siyahıya saldığı PKK qarşı Türkiyənin qanuni hərəkətə keçmə haqqı var. Ancaq Çimali Suriya Demkratik Qüvvələri (YPG-ni nəzərdə tutur-Mia.az) haqda məsələ fərqlidir. Hazırda biz ortaq yol tapmağa çalışırıq"

Terror təşkilatı PKK/YPG-nin Suriyadakı bu həssas prosesdə vəziyyətinin necə olacağı ilə bağlı sualdan  yayınan Miller deyib ki, bu mövzuda NATO müttəfiqi ilə də müzakirələr aparılır: "Ən yaxşısı nə olacağına qərar verməyə çalışırıq. Biz Suriyada etnik və məzhəb qarşıdurmaları olmadan sağlam bir keçid prosesini görmək istəyir və buna çalışırıq. Onun üçün də bütün aktyorların bölgədə qəzəb doğuracaq və gərginliyi artıracaq hər hansı hərəkətdən qaçması mütləqdir".

Miller "Axı İsrail bir yandan Suriyanı işğal edir. Bunu necə qiymətləndirmək olar" sualına isə belə cavab verib: “Biz bütün tərəflərə, o cümlədən İsrail hökumətinə vəziyyəti daha da pisləşdirəcək hərəkətlər görmək istəmədiyimizi açıqladıq. İsrailin Suriyada bufer zonasına daxil olması müvəqqətidir, onlar Suriyadakı boşluqdan mümkün terror təhlükəsini aradan qaldırmaq üçün ora giirblər".

Lamiyə Əhmədli
MİA.AZ

Избранный
19
2
mia.az

3Источники