RU

Azərbaycandan Özbəkistana yatırılan investisiyaların həcmi 6 dəfəyədək artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

2024-cü ilin yanvar-sentyabr aylarında Azərbaycandan Özbəkistana yatırılan birbaşa investisiyaların həcmi 79 milyon 314 min ABŞ dolları təşkil edib.

Banco.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,5 dəfə və ya 64 milyon 882 min ABŞ dolları artıb.

2023-cü ilin müvafiq dövründə Azərbaycandan Özbəkistana yönəldilmiş birbaşa investisiyaların həcmi 14 milyon 432 min ABŞ dolları təşkil edib.

Qeyd edək ki, bu ilin yanvar-sentyabr aylarında Azərbaycandan xarici iqtisadiyyata yatırılan birbaşa investisiyaların həcmində Özbəkistanın payı 5,7% təşkil edib.

Ən sərfəli kredit üçün müraciət et

Избранный
24
banco.az

1Источники