İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi 2024-cü ilin yekunlarına həsr olunmuş mətbuat konfransı keçirir.
Musavat.com xəbər verir ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (İTSDA) İdarə Heyətinin sədri Zaur Əliyev bildirib ki, 2024-cü ildə pasiyent sayı 5 milyona çatıb. Müraciət sayı isə 22,1 milyon olub.
Tibbi xidmət sayında 20 faiz artıb olub- 76,8 milyon".
Z.Əliyev qeyd edib ki, statistikada nisbi artım hər pasiyentin orta hesabla bir neçə dəfə müraciət etməsi və bir neçə xidmətdən istifadə etməsi ilə bağlıdır.
Nigar HƏSƏNLİ,
Musavat.com