RU

Ayaqqabı ipləri düşündüyümüzdən daha risklidir - Xəbərdarlıq

Yeriyərkən düyünü açılaraq yerə dəyən ayaqqabı ipləri sizin üçün düşündüyünüzdən daha təhlükəli ola bilər. 

Ölkə.Az “Gloob”a istinadla xəbər verir ki, bu barədə Arizona Universiteti araşdırma aparıb.

Araşdırma nəticəsində məlum olub ki, gündəlik istifadə edilən adi bir ayaqqabının həm üstündə, həm də iplərində 420 min bakteriya toplanır. 

Mütəxəssislər bunların içərisində daxili orqanlarının funksiyalarını dayandırmasına və ya infeksiyaya səbəb ola biləcək təhlükəli bakteriyaların olduğunu söyləyib. 

Xüsusilə küçədə ayaqqabılarımızın ipini bağladığımız zaman xəstəliklərdən xilas olmaq üçün ya dərhal əlimizi yumalı, ya da spirt tərkibli təmizləyici vasitələrdən istifadə etməliyik. 

Həmçinin mütəxəssislər evlərə ayaqqbı ilə girməməyi tövsiyə edir. Beləliklə bakteriyalar təmiz ev şəraitində sağlamlığımızı təhdid edə bilər. 

Evə gəldikdə ayaqqabıları və iplərini təmizləyici vasitələrlə silmək lazımdır.

Billurə Yunus
 

Избранный
10
2
olke.az

3Источники