RU

Azərbaycanda gömrük sahəsində aparılan genişmiqyaslı islahatlar ölkənin beynəlxalq iqtisadi birliyə inteqrasiyasına töhfə verir – Sahil Babayev

Bakı. Trend:

Azərbaycanda gömrük sahəsində həyata keçirilən genişmiqyaslıislahatlar ölkənin beynəlxalq iqtisadi birliyə inteqrasiyasınamühim töhfə verir.

Trend xəbər verir ki, bunuAzərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziriSahil Babayev Bakıda keçirilən Gömrük-Biznes Forumunda deyib.

“Azərbaycanda gömrük sahəsində həyata keçirilən genişmiqyaslıislahatlar, əldə olunan müsbət təcrübə və müasir texnologiyalarıntətbiqi ölkə iqtisadiyyatının inkişafına, sahibkarlıq sinfininmöhkəmlənməsinə və Azərbaycanın beynəlxalq iqtisadi birliyəinteqrasiyasına mühüm töhfə verir. Əmək və Əhalinin SosialMüdafiəsi Nazirliyi bu nailiyyətləri yüksək qiymətləndirir, çünkionlar vətəndaşların rifahına birbaşa təsir edir.

Əsas məqsədimiz Azərbaycan vətəndaşlarının hər birinə, yaşından,cinsindən, kateqoriyasından və ya sosial statusundan asılıolmayaraq, layiqli həyat təmin etməkdir. Dövlət başçısı özçıxışlarında dəfələrlə vurğulayıb ki, Azərbaycanın dövlətsiyasətinin əsasını vətəndaşlarımızın rifahı təşkil edir. Burifahın təmin edilməsinin əsas istiqamətlərindən biri əhalininməşğulluğudur. Heç bir ölkədə məşğulluq probleminin həlli olmadanhəyat səviyyəsinin yaxşılaşdırılmasına nail olmaq mümkün deyil.Məşğulluğun təmin edilməsi isə birbaşa biznes nümayəndələrinin fəaliştirakından asılıdır. Çünki dövlətin göstərdiyi əhəmiyyətlidəstəyə baxmayaraq, resurslar həmişə məhduddur”, – deyə nazirbildirib.

Избранный
16
1
az.trend.az

3Источники