RU

Əsəd peyda oldu: Dəməşqdən necə qaçdığını danışdı


7NEWS.az xəbər verir ki, Suriyanın keçmiş prezidenti Bəşər Əsəd rejimin süqutundan sonra ilk açıqlamasını verib. İlk ifadəsində devrilmiş lider Dəməşqdən necə və nə vaxt qaçdığını izah edib. Paytaxtdan səhər saatlarında ayrıldığını bildirən Əsəd, "Dekabrın 8-nə qədər ölkəni tərk etməyi və ya istefa verməyi düşünmədim" dedi. Devrilmiş lider Moskvadan təlimat aldıqdan sonra ölkədəki Rusiya hərbi hava bazası Hmeymim vasitəsilə qaçdığını bildirib. Bəyanatında Əsəd özünü vətəndaş müharibəsi boyu "xalqının yanında qalan fədakar lider və ailə adamı” kimi təsvir edib.
 
 
 

Избранный
51
7news.az

1Источники