RU

Vəzifəli şəxs dəm qazından öldü - DETALLAR

Vəzifəli şəxs dəm qazından öldü - DETALLAR

Beyləqanda ər-arvad dəm qazından boğulub.

Rayon sakini 1966-cı il təvəllüdlü Bakir Məmmədov yaşadığı Bünyadlı kəndindəki evdə dəm qazından zəhərlənərək ölüb. Onun 1974-cü il təvəllüdlü həyat yoldaşı Şəlalə Məmmədova isə dəm qazından zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Modern.az-ın əldə etdiyi məlumata görə, Bakir Məmmədov Bünyadlı kənd mədəniyyət evinin müdiri vəzifəsində çalışırmış. Cütlüyün 2 qızı və 1 oğlu var. Övladları hadisə zamanı evdə olmayıblar.

Məlumata görə, ər-arvadla ötən gün ərzində əlaqə saxlamaq mümkün olmayıb. Qonşular evə daxil olan zaman Bakir Məmmədovun həyatını itirdiyini, yoldaşının vəziyyətinin isə ağır olduğunu görüblər.

1974-cü il təvəllüdlü həyat yoldaşı Şəlalə Məmmədova dəm qazından zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Избранный
2
20
qlobal.net

10Источники