RU

Azərbaycana təcili tibbi yardım maşınlarının gətirilməsi üçün 13,7 milyon AZN-lik müqavilə bağlanıb

Azərbaycana yeni təcili tibbi yardım maşınları gətiriləcək.

Bu barədə Fins.az dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, Azərbaycana 30 ədəd yeni təcili tibbi yardım maşını gətiriləcək.

Ölkəyə gətiriləcək nəqliyyat vasitələri müasir tibbi avadanlıqla təchiz olunacaq. Bu maşınlardan 10 ədədinin ürək masaj cihazı ilə təchiz olunması nəzərdə tutulur. Bundan əlavə, 5 ədəd xüsusi yolsuzluq ərazilər üçün (4x4), 2 ədəd qutu tipli (boks tipli reanimobil) və "Medical Dron"la təchiz olunmuş, 2 ədəd portativ diaqnostik cihazlarla təchiz edilmiş və 3 ədəd isə perinatal küvəzlə təchiz olunmalıdır.

Naxçıvan Muxtar Respublikası Təcili Tibbi Yardım Xidməti artıq hazırlıq işlərini tamamlayıb. Bu işlərin icrasını "Abşeron Avtomobil Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) üzərinə götürüb. MMC ilə dəyəri 13.789.620,03 AZN olan müqavilə bağlanıb.

"Abşeron Avtomobil Mərkəzi" MMC 2016-cı ildə dövlət qeydiyyatına alınıb və nizamnamə kapitalı 90.09 manatdır. MMC-nin qanuni təmsilçisi Hüseynov Kamran Nazim oğludur.

Fuad Mədətov
Fins.az

Избранный
3
9
fins.az

10Источники