RU

ABŞ səfirliyi: “Report”  agentliyi yanlış təəssürat yaradır

ABŞ-ın Bakıdakı səfirliyi “Report” hökumətyönlü agentliyin yazısını şərh edərkən bu KİV-in qeyri-obyektivliyinə eyham vurub.

“Report” İnformasiya Agentliyi yanlış təəssürat yaradan "ABŞ-ın Azərbaycandakı səfirliyi 'Report'un sorğusuna cavab verib (https://report.az/analitika/abs-nin-azerbaycandaki-sefirliyi-report-un-sorgusuna-cavab-verib/)" adlı məqaləsində, agentliyin sualına verdiyimiz cavabı daxil etməyib. Vəziyyəti düzgün qiymətləndirmək istəyənlər üçün cavabımızın mətni aşağıdakı kimidir:

“ABŞ-ın Bakıdakı səfirliyi dəfələrlə Azərbaycanın mədəni irsinin bərpasına dəstək təklif edib. 2022-ci ildə Ağdamdakı Pənah Əli Xan Kompleksinin bərpası üçün Səfirlərin Mədəniyyəti Qoruma Fondundan 425,000 ABŞ dolları məbləğində qrant ayrılması təsdiqləndi.

Həmin il USAID tərəfindən Qırmızı Kənddəki evin bərpası üçün yardım göstərilməsi də təsdiqləndi. Biz həmçinin müasir infrastruktur sahəsində dəstək təklif etmişik.

Son dörd il ərzində ABŞ Müdafiə Departamenti, Çələbilər, Dəymədağıldı və Qosmalıyanda üç məktəbin tikintisi və təmiri üçün 3 milyon dollar ayırmağı nəzərdə tutmuşdu. Lakin Azərbaycan hökuməti nəticədə bu layihələrin heç birinin həyata keçirilməsinə imkan vermədi. Əgər Azərbaycan hökuməti maraqlı olarsa, biz oxşar layihələrin həyata keçirilməsini nəzərdən keçirə bilərik”. Bu barədə səfirliyin X sosial şəbəkəsindəki hesabında dərc olunmuş məlumatda deyilir.

Xatırladaq ki, "Report" nədənsə qərara gəlib ki, ABŞ səfirliyi Azərbaycanın Ermənistandakı mədəni irsi ilə məşğul olmalıdır. Eyni zamanda, bu məsələnin müəlliflərində başqa sual yaranmayıb: niyə Azərbaycan hakimiyyəti öz ərazisində öz mədəni irsinin bərpası ilə bağlı təkliflərə məhəl qoymur?

Избранный
14
turan.az

1Источники