
Bakı Mühəndislik Universiteti"publik hüquqi şəxsi reytinq təşkilatı olan "QS Quacquarelli Symonds LTD"yə 135 460 AZN ödəyəcək.
Məlumata görə, qurumlar arasında bağlanılan müqavilə 2028-ci ilədək olan dövrü əhatə edəcək.
Burada məqsəd “QS Stars” reytinq qiymətləndirilməsinə qoşulmaq, eləcə də QS-in reputasiya sorğularının analitik məlumat bazasına çıxış əldə etməkdir(Pravda.az).
Qeyd edək ki, Universitetin rektoru professor Havar Məmmədovdur.