RU

Brent markalı neftin qiyməti 73,62 dollar olub

Neft qiymətləri cümə axşamı əvvəlki sessiyanın inamlı artımından sonra sabit qalıb.

Çərşənbə günü  ABŞ prezidenti Co Bayden administrasiyasının Rusiya neft ixracına qarşı daha sərt sanksiyalar tətbiq etməyi nəzərdən keçirməsi barədə bəyanatından sonra  neftin qiyməti yüksəlib.

London ICE Futures birjasında Brent markalı neftin fevral fyuçerslərinin qiyməti bu vaxta olan məlumata görə, əvvəlki ticarət sessiyasının bağlanışı ilə müqayisədə 0,1 dollar (0,14%) artaraq 73,62 dollar/barel təşkil edib.

Nyu-York əmtəə birjasının elektron ticarətində WTI markalı neftin yanvar fyuçerslərinin qiyməti isə bu vaxta olan məlumata görə 0,04 dollar (0,06%) artaraq 70,33 dollar/barel olub.
 
N.Təbrizli











www.anews.az
Избранный
10
anews.az

1Источники