RU

STEAM layihəsi ümumilikdə 250 000 şagirdi əhatə edir

STEAM layihəsi 2024-2025-ci tədris ilindən etibarən 398 təhsil müəssisəsində tətbiq edilməklə ümumilikdə 250 000 şagirdi əhatə edir.

Təhsilalanlarda XXI əsr bacarıqlarını formalaşdırmaq, yaradıcı proses vasitəsilə öyrənmə imkanı yaratmaq, fənləri inteqrativ, real problemlərin həlli istiqamətində tətbiqlərə əsaslanan vahid öyrənmə modelində birləşdirmək, müxtəlif proqramlaşdırma dillərini tətbiq etməklə müasir İKT avadanlıqlarından istifadə qabiliyyətlərini yüksəltmək üçün STEAM layihəsi tətbiq edilir.

STEAM təhsil metodu Elm, Texnologiya, Mühəndislik, İncəsənət, Riyaziyyatın birgə və inteqrasiya olunmuş şəkildə tədris etmək ideyası üzərində qurulub. Əsas məqsəd ümumi təhsil məktəblərində şagirdlərə kreativlik, tənqidi düşünmə, əməkdaşlığın inkişaf etdirilməsi, praktik məşğələlər vasitəsilə elmi, texniki biliklərin gündəlik həyatda tətbiqini göstərməklə yanaşı, onlara mühəndislik səriştələrini aşılamaqdır.

Qeyd edək ki, ilk dəfədir ki, layihənin ibtidai siniflərdə də (4-cü siniflərdə) tətbiqinə başlanılıb. Layihə cari ildən etibarən işğaldan azad edilmiş ərazilərdə və Naxçıvanda da həyata keçirilir.

 

 

 

 

Избранный
29
5
tehsil.biz

6Источники