ABŞ Dövlət Departamenti Kursk bölgəsində Şimali Koreya hərbçiləri arasında itkilərin olduğunu bildirib. Şimali Koreya əsgərlərinin hərbi əməliyyatlarda iştirak etmək üçün Ukrayna ərazisinə daxil olmasını potensial eskalasiyanın artması kimi qiymətləndiriləcəyi barədə xəbərdarlıq edib.
Publika.az “European Truth”a istinadən xəbər verir ki, bunu Dövlət Departamentinin sözçüsü Metyu Miller brifinq zamanı deyib.
Millerdən Şimali Koreya qoşunlarının sərhədi keçəcəyi təqdirdə Ukrayna üçün qanuni hədəf olub-olmayacağı soruşulub. O bildirib ki, ABŞ-ın fikrincə, Kursk bölgəsində yerləşdirilən Şimali Koreya ordusu artıq qanuni hədəflərdir.
“Onlar müharibəyə girdikləri üçün döyüşçüdürlər və Ukrayna hərbçilərinin qanuni hədəfləridir”, - deyə o vurğulayıb.
Miller qeyd edib ki, Şimali Koreya əsgərlərinin Rusiyada döyüş meydanında həlak olduğunu görüb.
Miller əlavə edib ki, bu hadisələr kontekstində Birləşmiş Ştatlar son həftələrdə Ukraynanın müdafiə qabiliyyətinin gücləndirilməsinə yönəlmiş addımlar atır və biz bunu davam etdirəcəyik.