RU

Mixail Mudrikdə dopinq aşkarlandı

Futbol üzrə Ukrayna milli komandasının və İngiltərənin “Çelsi” klubunun futbolçusu Mixail Mudrikdə dopinq aşkarlanıb.

Arena.az bu barədə Britaniya mətbuatına istinadən xəbər verir.

Xəbərdə bildirilir ki, ukraynalı oyunçunun “A” nümunəsində qadağan olunmuş maddə aşkar edilib. Yaxın günlərdə “B” nümunəsinin açılması gözlənilir. Nəticə təkrarlanacağı təqdirdə ukrynalı futbolçunun ağır cəzalarla üzləşməsi qaçılmaz olacaq.

İddiaya görə, 23 yaşlı yarımmüdafiəçi müsbət dopinq testinə görə 4 illik diskvalifikasiya ilə üzləşə bilər.

Belə olan halda Ukrayna millisinin aparıcı futbolçularından hesab olunan Mixail Mudrikin DÇ-2026-nın seçmə mərhələsində Azərbaycan yığması ilə oyunları da buraxacağı şübhəsizdir. Azərbaycan millisi Ukrayna yığması ilə ilk oyununu 2025-ci il sentyabrın 9-da evdə, növbəti qarşılaşmasını isə oktyabrın 13-də səfərdə keçirəcək.

Xatırladaq ki, Mixaylo Mudrik Donetsk “Şaxtyor”unun yetirməsidir. Ukraynalı vinger karyerası ərzində Kiyev “Arsenal”ı və “Desna”da icarə əsasında oynayıb, 2023-cü ilin yanvarında isə 70 milyon avro müqabilində “Şaxtyor”dan “Çelsi”yə keçib.

Mudrik cari mövsümdə “zadəganlar”ın heyətində 15 oyuna çıxıb, 3 qol vurub, 5 məhsuldar ötürmə verib. O, paytaxt təmsilçisində bütövlükdə 73 matça çıxıb, 10 qol və 9 assistlə yadda qalıb.

Mudirikin qənimətlər muzeyində “Şaxtyor”la qazandığı Ukrayna çempionluğu və Ukrayna Kuboku var.

Mixaylo Mudrik 2022-ci ilin iyununda debüt etdiyi Ukrayna yığmasının heyətində 24 oyuna 2 qol, 4 məhsuldar ötürmə ilə fərqlənib.

“Transfermarkt” internet-portalı 23 yaşlı ukraynalı vingerin transfer dəyərini 30 milyon avro məbləğində qiymətləndirir.

Избранный
44
10
arena.az

10Источники