“Gürcüstanın hazırkı prezidenti Salome Zurabişvilinin dekabrın 29-da prezident iqamətgahını tərk etməsi ilə bağlı hər hansısa fəsad gözləmirəm”.
Misisya.Az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze deyib.
“Düşünürəm ki, o prezident iqamətgahından çıxacaq. Biz heç bir fəsad gözləmirik”, - deyə siyasətçi bildirib.
Qeyd edək ki, bundan əvvəl də Kobaxidze Zurabişvilinin istənilən halda prezident sarayını yeni prezidentin inauqurasiyasından sonra tərk etməli olacağını bəyan edib.
Daşqın HəsənovMissiya.Az