RU

Tatarıstan Rəisi Rüstəm Minnixanov ölkəmizə üç avtobus bağışladı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Rusiyanın Tatarıstan Respublikasının rəisi Rüstəm Minnixanov Azərbaycana işgüzar səfəri çərçivəsində Ələt Azad İqtisadi Zonasını (ƏAİZ) ziyarət edib.
Bu barədə Oxu.Az Tatarıstan Prezidentinin Mətbuat Xidmətinə istinadla xəbər verir.
Rüstəm Minnixanov Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və ƏAİZ-in İdarə Heyətinin sədri Valeh Ələsgərovla birlikdə ərazini gəzərək, zonanın əsas üstünlükləri barədə məlumat alıb. Qeyd edilib ki, ƏAİZ müştərilərinə hazır infrastruktur və kommunal xidmətlərlə təmin olunmuş sənaye torpaq sahələri təqdim edir, eləcə də bütün növ nəqliyyat və logistika xidmətləri göstərir. Güzəştlərə gəldikdə, bildirilib ki, investor əlavə dəyər vergisindən, gəlir vergisindən, gömrük rüsumlarından azad edilir, xarici valyutanın və ya mənfəətin repatriasiyasına məhdudiyyət qoyulmur.
Tatarıstan rəhbərinə iki ildən sonra istifadəyə verilməsi planlaşdırılan beynəlxalq yük hava limanının layihəsi də təqdim olunub. Hazırda ərazidə illik buraxılış qabiliyyəti 500 min ton olan logistika mərkəzi yaradılıb.
Tatarıstan rəhbəri müəssisələr üçün kadr hazırlığı sahəsində azad zonanın təcrübəsini müzakirə edib.
Səfərin sonunda Rüstəm Minnixanov "Alabuqa" Xüsusi İqtisadi Zonada "SOLLERS Alabuqa" zavodunda istehsal olunmuş üç "Sollers Atlant" avtobusunu azad edilmiş ərazilərin ehtiyacları üçün təhvil verib.
Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov təşəkkürünü bildirib və respublika rəhbərliyinin bunu iki xalq arasında dostluğun rəmzlərindən biri kimi qiymətləndirdiyini qeyd edib.
Избранный
10
oxu.az

1Источники