RU

Mərkəzi Bank sabah bu qərarı AÇIQLAYACAQ - Faizlər dəyişəcəkmi?

Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti faiz dəhlizinin parametrlərinə dair növbəti qərarını sabah açıqlayacaq.

 

Sfera.az Mərkəzi Banka istinadən xəbər verir ki, qərara dair press-reliz günün birinci yarısında yayımlanacaq.

 

Xatırladaq ki, Mərkəzi Bank faiz dəhlizinin parametrlərinə dair sonuncu qərarını 2024-cü ilin noyabrın 1-də açıqlayıb. Həmin qərarla faiz dərəcələri sabit saxlanılmışdı.

 

Hazırda uçot dərəcəsi 7,25%, faiz dəhlizinin aşağı həddi 6,25%, faiz dəhlizinin yuxarı həddi isə 8,25% səviyyəsindədir.

 

Vasif

Sfera.az

Избранный
41
sfera.az

1Источники