RU

Medvedyev generalın ölümünə görə Ukraynanı hədələdi

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev general-leytenant İqor Kirillovun ölümünə görə Ukraynanın hərbi-siyasi rəhbərliyini qisasla hədələyib.

Turkustan.az xəbər verir ki, o, bu qisasın misilsiz olacağı ilə bağlı xəbərdarlıq edib.

Qeyd edək ki, Rusiya Silahlı Qüvvələrinin radiasiya, kimyəvi və bioloji müdafiə qoşunlarının komandanı, general-leytenant İqor Kirillov Moskvanın Ryazansk prospektindəki yaşayış binasında baş verən partlayış nəticəsində ölüb.

Generalın ölümünə səbəb olan partlayıcı binanın girişindəki skuterin içərisinə yerləşdirilib. /axar.az/

Избранный
9
5
turkustan.az

10Источники