Həm pendir, həm də yumurta səhər yeməyində ən çox istehlak edilən iki qida arasındadır. İmmuniteti gücləndirmək və xəstəliklərə qarşı müqavimət əldə etmək üçün orqanizmin proteinə ehtiyacı var.
Bəs, hansının tərkibində daha çox protein var?
News24.az xəbər verir ki, yumurta hər porsiyada yüksək protein təmin edir, pendirdə isə bu növündən asılı olaraq dəyişir.
Məsələn, 1 yumurta (50 q) 6,28 qram protein ehtiva edir. 100 qram ağ pendirdə təxminən 17 qram protein olduğu halda, çedar pendirində bu nisbət 25 qrama qədər ola bilər.
Protein ehtiyacınızı qarşılayarkən səhər yeməyi süfrənizdə həm yumurtaya, həm də pendirə yer açmağı unutmayın. Qidalanma mütəxəssisləri hər iki qidanın fərqli vitamin və mineral tərkibə malik olduğunu və birlikdə istehlak edildikdə daha balanslı bir səhər yeməyi alternativi yaratdığını bildirirlər.
Günel Məlikzadə