RU

“Gürcüstan xalqının yanında möhkəm durmaq vaxtıdır” – Senator Ben Kardi Kavelaşvilini təxribatçı adlandırdı

Bu gün ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin sədri Benn Kardin dekabrın 14-də Gürüstanda yeni prezidentin seçilməsini kəskin pisləyib, o həttta Prezident Mixail Kavelaşvilinin ünvanına ağır ittihamlar səsləndirib.

“AzPolitika” Qərb mediasına istinadla xəbər verir ki, Ben Kardin Gürcüstanda dinc nümayişçilərə və beynəlxalq müşahidəçilərə qarşı zorakılığı pisləyib.

“Hücumların artması “Gürcü Arzusu”nun noyabrın 28-də Avropa Birliyinə üzvlük danışıqlarını dayandırması ilə üst-üstə düşür, bu ölkənin Avro-Atlantik inteqrasiyaya dair konstitusiya öhdəliyinə ziddir”, - senator vurğulayıb.

“Gürcü Arzusu özünün əsas elementi olan bədnam anti-Amerikan, təxribatçı Mixail Kavelaşvilini prezident seçməsi ilə əsl mahiyyətini bir daha ortaya qoydu. Cənab Kavelaşvili Rusiya tipli xarici agent qanununun həmmüəllifi rolu da daxil olmaqla, Gürcüstanın antidemokratik irəliləyişində mərkəzi fiqur olub. Şənbə günü gürcü xalqı antidemokratik bir şəxsin seçilməsinə etiraz etmək üçün kütləvi etiraz edəndə təhlükəsizlik qüvvələri onları işgəncə və vəhşiliklə qarşıladı. “Gürcü Arzusu” günahsız vətəndaşlara qarşı zorakı hücumlarına dərhal son qoymalı və həbsdə olan bütün nümayişçiləri, o cümlədən azyaşlıları azad etməlidir”, - Senatın Xarici Əlaqələr Komitəsinin sədri bəyanatında qeyd edib.

“Prezident Bayden Qlobal Maqnitski sanksiyaları da daxil olmaqla, bu zorakı repressiya aktlarının təşkilinə görə məsuliyyət daşıyanları məsuliyyətə cəlb etməlidir. İndi Birləşmiş Ştatların və müttəfiqlərimizin demokratiya və azadlıq axtarışında Gürcüstan xalqının yanında möhkəm durmaq vaxtıdır”, - Benn Kardın əlavə edib.

“AzPolitika.info”

Избранный
38
azpolitika.info

1Источники