RU

Gömrük sahəsində yeni alətlər Azərbaycanın iqtisadiyyatına mühüm müsbət təsir göstərəcək – Şahin Bağırov

Bakı. Trend:

Bu gün təqdim edilən gömrük sahəsindəki yeni alətlər – “RəqəmsalGömrük Dəyəri Sistemi” və “Rəqəmsal Dəyər” Azərbaycanıniqtisadiyyatına əhəmiyyətli müsbət təsir göstərəcək.

Trend xəbər verir ki, bunuDövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov Bakıda keçiriləngömrük biznes- forumunun kuluarlarında jurnalistlərə deyib.

“Əsas vəzifəmiz biznes və sahibkarlarla birlikdə irəliləmək,eyni zamanda praktik istifadə üçün əlverişli olan və ölkəniniqtisadi inkişafına töhfə verən alətləri tətbiq etməkdir.Hazırlanan və təqdim olunan həllər əsasən rəqəmsal texnologiyalaraəsaslanır və beynəlxalq səviyyədə tətbiq edilən təcrübələrəbənzəyir. Şübhəsiz ki, Azərbaycanın milli xüsusiyyətləri və mövcudtəcrübəsi nəzərə alınaraq bu alətlərin ölkə iqtisadiyyatına mühümmüsbət təsir göstərəcəyinə inanırıq. Gömrük dəyərinin rəqəmsalmüəyyən edilməsi mərhələli şəkildə həyata keçirilir və birincimərhələ artıq uğurla başa çatıb. Gömrük dəyərinin müəyyən edilməsixüsusilə idxal prosesində gömrük fəaliyyətinin əsas məsələlərindənbiridir”, – deyə o bildirib.

Ş.Bağırovun sözlərinə görə, Azərbaycanda ixrac əməliyyatlarınınəksər hallarda gömrük rüsumlarından azad olmasına baxmayaraq,gömrük ödənişlərinin hesablanması əsasən idxala aiddir.

“Gömrük ödənişlərinin hesablanması Azərbaycan Nazirlər Kabinetitərəfindən təsdiqlənmiş metodiki prinsiplər və Dünya TicarətTəşkilatının qaydaları da daxil olmaqla beynəlxalq normalarəsasında gömrük dəyərinin formalaşdırılmasını tələb edir. Bu,biznes üçün daha şəffaf mühit yaradır, çünki hesablamalarbeynəlxalq təcrübəyə əsaslanır. Bu da sahibkarlara təyin olunmuşödənişlər barədə məlumatlı olmağa və onları vaxtında dövlətbüdcəsinə köçürməyə imkan verir. Qeyd etmək vacibdir ki, buprosesin əsas iştirakçıları sahibkarlardır. Məhz onların fəaliyyətigömrük dəyərini müəyyən edir, bu da sonradan gömrük ödənişlərininhesablanması üçün əsas olur. Bu vəsaitlər dövlət büdcəsinə daxilolaraq vətəndaşların rifahının yaxşılaşdırılmasına – pensiyalar,təhsil, tikinti və ya azad olunmuş ərazilərin bərpasınayönəldilir.

Beləliklə, gömrük ödənişlərinin ödənilməsi mühüm rol oynayır vəbiz bu məsələnin əhəmiyyətini vurğulamaq üçün media ilə sıxəməkdaşlıq etməliyik. Hər kəs anlamalıdır ki, bu vəsaitlərhamımızın rifahının yaxşılaşdırılmasına yönəldilir”, – deyəŞ.Bağırov əlavə edib.

Избранный
23
1
az.trend.az

2Источники