RU

Medvedev generalın ölümünə görə Kiyevə ağır qisas vəd etdi

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev rus generalın qalmaqallı qətli ilə bağlı açıqlama verib. Yerli medianın yaydığı məlumata görə, o, bildirib ki, Ukrayna Rusiya Silahlı Qüvvələrinin radiasiya, kimyəvi və bioloji müdafiə qüvvələrinin (RXBZ) rəhbəri olan general-leytenant İqor Kirillovun ölümünə görə tam şəkildə cavab verəcək.

Onun sözlərinə görə, Rusiya xalqını qorxutmaq və onun ordusunun Ukraynada irəliləməsini dayandırmaq cəhdləri məhvə məhkumdur.

Siyasətçi Kirillova qarşı törədilən terror aktını “Bandera rejiminin aqoniyası” (canvermə-red.) adlandırıb.

“Bu terror hücumu Bandera rejiminin ölüm sancısıdır. O, son gücü ilə öz dəyərsiz varlığını Qərb ağalarına bəraət qazandırmağa, müharibəni və ölüm prosesini uzatmağa, cəbhədəki fəlakətli vəziyyətə haqq qazandırmağa çalışır”, - Medvedev bildirib.

Tural 

Избранный
22
news365.az

1Источники