RU

Suriya İsrailə qarşı plasdarm olmayacaq - Culani

“Suriya vahidliyini qoruyub saxlamalıdır. Sosial ədaləti təmin etmək üçün dövlət və bütün icmalar arasında sosial müqavilə olmalıdır”.

Ölkə.Az xəbər verir ki, bunu Dəməşqdə hakimiyyətə gələn silahlı qruplaşmaların lideri Əhməd Əl-Şəra (Əbu Məhəmməd əl-Culani) Suriyadakı druz icmasının nümayəndə heyəti ilə görüşündə deyib.

“Biz məsələlərə institusional və hüquqi məntiqlə yanaşırıq. Və biz Suriya xalqı üçün ən yaxşısını əldə etməyə çalışırıq. Bizdə müxalifət düşüncəsi yox, dövlət təfəkkürü olmalıdır”, - o qeyd edib.

“The Times” qəzetinə müsahibəsində isə Əl-Şəra deyib ki, Suriya İsrailə qarşı plasdarm olmayacaq.

O bildirib ki, İsrail Suriyanın qərbində müxalifət qüvvələrinin Dəməşqə hücumu zamanı nəzarətə götürdüyü əraziləri tərk etməli olacaq.

"İsrail bunu Hizbullah və İran silahlılarının mövcudluğu ilə əlaqələndirdi, lakin bu, artıq aktual deyil", - o bildirib.

“Biz 1974-cü il sazişinə sadiq qalırıq. Biz nə İsraillə, nə də başqası ilə münaqişə istəmirik və Suriyanın hücumlar üçün plasdarm kimi istifadə olunmasına icazə verməyəcəyik. Suriyalılara sülh və sabitlik lazımdır. Ona görə də bütün hücumlar dayandırılmalıdır, İsrail də əvvəlki mövqelərinə geri çəkilməlidir”, - o əlavə edib.

Mürtəza
Ölkə.Az

Избранный
49
3
olke.az

4Источники