Alimlər tərəfindən qan qrupları ilə bağlı çoxlu araşdırmalar aparılır.
"Cebheinfo.az" xəbər verir ki, bütün qan qruplarının ayrı-ayrılıqda araşdırılması nəticəsində məlum olub ki, onların hər birinin özünəməxsus üstünlüyü var.
İctimaiyyət arasında xüsusilə maraq doğuran bu araşdırma nəticəsində müəyyən qan qruplarına malik şəxslərin infeksiyalara qarşı daha davamlı olduğu, immun sistemində daha az problemlə üzləşdiyi məlum olub.
Araşdırmalar I (O) qan qrupu olan şəxslərin digər qan qruplarına nisbətən daha güclü immun sistemə malik olduğunu ortaya qoyub.
Bu, I (O) qan qrupu olan şəxslərin infeksiyalara qarşı daha davamlı olmasına və daha uzun ömür sürməsinə imkan verir.
Məlum olub ki, I (O) qan qrupuna məxsus şəxslərin immunitet sistemi təbii olaraq daha güclü ola bilər.
Beləliklə, başqaları ən son virusla mübarizə apararkən, I (O) qan qrupu olan insanlar bir az daha tez sağalırlar.