RU

Bu il doğulan körpələrin 53 faizi oğlan, 47 faizi qız uşaqları olub

Cari ilin yanvar-oktyabr aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 86274 doğulan körpə qeydə alınıb və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 11,2-dən 10,1-ə düşüb.

Bu barədə APA-ya Dövlət Statistika Komitəsindən məlumat verilib.

Doğulan körpələrin 53,0 faizi oğlan uşaqları, 47,0 faizi isə qız uşaqları olub. Körpələrdən 2800-ü əkiz, 108-i üçəm və 4-ü isə dördəm doğulub.

Избранный
25
1
apa.az

10Источники