Ukrayna millisinin və “Çelsi”nin futbolçusu Mixail Mudrik diskvalifikasiya olunub.
İdman.biz xəbər verir ki, bu barədə qərarı İngiltərə Futbol Assosiasiyası verib.
23 yaşlı yarımmüdafiəçi müvəqqəti olaraq oyunlardan kənarlaşdırılıb. Dopinq testinin A probu müsbət nəticə verən Mudrik yekun qərar çıxarılana qədər “Çelsi”nin formasını geyinə bilməyəcək. Futbolçu ilə bağlı qərar isə B probunun yoxlanışından sonra veriləcək.
Qeyd edək ki, Mudrikin dopinq testi oktyabrın sonlarında götürülüb.
İdman.biz