RU

İran Suriyanı terrorçulardan müdafiə edib - XİN

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH, İran Silahlı Qüvvələrinin elit bölmələri) Suriyada beynəlxalq terrorizmlə mübarizə aparır.

Redaktor.az xəbər verir ki, bu sözləri İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqayi bildirib.

"Biz Suriyada keçmiş imperiyaları fəth etmək, onlara hökmranlıq etmək və ya diriltmək məqsədi güdməmişik. Biz Suriya xalqının təhlükəsizliyini təmin etməyi və onları zorakılıq, ekstremizm və terrorizmdən qorumağı vacib hesab edirdik", - deyə Bəqayi həftəlik brifinqdə bildirib.

Xatırladaq ki, noyabrın sonunda silahlı müxalifət qrupları Suriya ordusunun mövqelərinə qarşı genişmiqyaslı hücuma başlayıb.

Dekabrın 8-də onlar Dəməşqə daxil olduqdan sonra Prezident Bəşər Əsəd istefa verib və ölkəni tərk edib.

Türkan İSGƏNDƏRLİ 

Избранный
6
redaktor.az

1Источники