İşlənmiş qidalar və alkoqol bir neçə xərçəng növünün yaranmasına səbəb ola bilər.
Medianews.az “Lenta.ru”ya istinadən xəbər verir ki, bu barədə həkim Nikol Endryus danışıb.
Onun sözlərinə görə, işlənmiş qidalar və alkoqol altı növ: ağız, boğaz, yemək borusu, bağırsaq, qaraciyər və sinə xərçəngin nkişafına təkan verə bilər.
Bununla belə, işlənmiş qırmızı ət məhsulları kolon xərçəngi riskini artırır.
Bildirilir ki, xərçəng heç də həmişə pəhrizdən qaynaqlanmır.
Siqaret çəkmək, artıq çəki, infeksiyalar, ultrabənövşəyi şüalanma, çirkli havanın olduğu yerlərdə yaşamaq və ya genetik meyl kimi digər amillər də xərçəngin inkişafına kömək edə bilər. Bundan əlavə, xərçəng riski yaşla artır.