RU

10 ayda doğulanların yarısı qədər adam ölüb - RƏSMİ

Azərbaycanda cari ilin yanvar-oktyabr aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 86 min 274 doğulan körpə qeydə alınıb.

Yenisabah.az Statistika Komitəsinə istinadla xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər min nəfərinə bu göstərici azalaraq 11,2-dən 10,1-ə düşüb.

Dğulan körpələrin 53 faizi oğlan uşaqları, 47 faizi isə qız uşaqları olub. Körpələrdən 2 min 800-ü əkiz, 108-i üçəm, 4-ü isə dördəm doğulub.

2024-cü ilin yanvar-oktyabr ayları ərzində ölkədə 49 min 36 ölüm halı qeydə alınıb və 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 5,9-dan 5,8-ə düşüb.


Telegram kanalımız
Избранный
19
16
yenisabah.az

10Источники